14 iyul 2023 at 23:30
Jurnalist kodu: 5487
Xəbər kodu: 85169787
T T
0 Persons

Tags

Rusiya İranın üç adası ilə bağlı mövqeyinə yenidən baxıb

14 iyul 2023 at 23:30
Xəbər kodu: 85169787
Rusiya İranın üç adası ilə bağlı mövqeyinə yenidən baxıb

Tehran – İRNA – Rusiya prezidentinin Yaxın Şərq və Afrika məsələləri üzrə xüsusi nümayəndəsi ölkəmizin Moskvadakı səfiri ilə görüşü zamanı ölkəsinin İran İslam Respublikasına qarşı hörmətlə yanaşı, dost ölkə kimi İranın suverenliyi və ərazi bütövlüyü məsələsində dəyişməz mövqeyini bildirib.

İRNA-nın xarici siyasət bölməsinin müxbirinin verdiyi məlumata əsasən, İran İslam Respublikasının Moskvadakı səfiri Kazım Cəlali Rusiyanın Xarici İşlər nazirinin müavini və Rusiya prezidentinin Yaxın Şərq və Afrika məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Baqdanov ilə görüşüb və söhbət edib.

Bu görüşdə müxtəlif mövzular, o cümlədən İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin son vəziyyəti müzakirə olunub.

Görüşdə həmçinin Rusiya tərəfi Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin və Rusiyanın Xarici İşlər nazirlərinin son birgə iclası ilə bağlı dərc olunan xəbərlərə cavab olaraq, ölkəsinin İran İslam Respublikasına qarşı hörmətlə yanaşı, dost ölkə kimi İranın suverenliyi və ərazi bütövlüyü məsələsində dəyişməz mövqeyini bildirib.

Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələri və Rusiya xarici işlər nazirlərinin Moskva ilə bu ölkələr arasında liderlik dialoqu adı altında iyulun 10-da keçirilən 6-cı iclasının ardınca 6 ərəb ölkəsi və Rusiyanın BƏƏ-nin iddiasına istinad etdikləri birgə bəyanat yayımlanıb. Bəyanatda BƏƏ-nin üç ada – Böyük Tunb, Kiçik Tunb və Əbu Musa məsələsinin İranla ikitərəfli danışıqlar yolu ilə və ya beynəlxalq məhkəmə ilə həll etmək səylərinin dəstəkləndiyi açıqlanıb.

Bu məsələ İran İslam Respublikasının Moskvaya rəsmi etirazı ilə nəticələndi və Xarici İşlər nazirinin və bəzi rəsmilərin ciddi reaksiyası ilə yanaşı, Rusiyanın Tehrandakı səfiri də Xarici İşlər Nazirliyinə çağırıldı və ölkəmizin sözügedən bəyanatın məzmununa etirazları ona bildirildi.

Sizin rəyiniz

You are replying to: .